Nigeriyanın Akva İbom bölgəsində yerləşən həbsxanadan 47 məhkum qaçıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə bölgənin polis rəisi Oqbaye J. Oqbaye məlumat verib. Onun sözlərinə görə, məhkumlar həbsxana divarını baltayla yararaq qaçıblar.
Dərhal axtarışlara başlayan polis əməkdaşları məhkumlardan 4-ü ölü olmaqla, 7-ni ələ keçirib. 36 məhkumun axtarışları davam edir.