Argentinada iti vurmaq istəməyən sürücü avtobusu aşırıb: 5 ölü, 30 yaralı

29-12-2017, 09:19           
Argentinada iti vurmaq istəməyən sürücü avtobusu aşırıb: 5 ölü, 30 yaralı
Argentinanın Santyaqo-del-Estero əyalətində avtobusun qəzaya uğraması nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "El Liberal" qəzeti məlumat yayıb.

Yaralılardan 27-si xəstəxanaya yerləşdirilib. Santa-Krus şəhərindən (Boliviya) Buenos-Ayresə gedən avtobusda ümumilikdə 42 sərnişin olub. Ölənlərin hamısı boliviyalılardır.

Sürücünün sözlərinə görə, o, qəfil yola çıxan iti vurmamaq üçün nəqliyyat vasitəsini kənara qaçırıb və nəticədə avtobus yoldan çıxaraq aşıb. Sürücü və köməkçisi polis məntəqəsinə aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru