Rusiya Azərbaycan sərhədinə qədər uzanan federal yolun adını dəyişib
29-12-2017, 09:22
2018-ci ilin 1 yanvar tarixindən etibarən Rusiya federal yollarının nömrələri dəyişdiriləcək, çünki "avtomobil yollarının yeni uçot nömrələrinə keçid başa çatacaq".
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Yol Agentliyinin məlumatında bildirilir.
Dəyişikliklərə əsasən, Krasnodardan Azərbaycanla sərhəddə qədər uzanan "Qafqaz" M-29 yolu bundan sonra "Qafqaz" — R-217 adlanacaq. "R" işarəsi Rusiya Federasiyasının inzibati mərkəzlərini birləşdirən federal və regional əhəmiyyətli yollar üçün istifadə olunacaq.