Kaliforniyada rəsmən marixuana satışına başlanıldı 2-01-2018, 10:07 ABŞ-ın Kaliforniya ştatında bazar ertəsi rəsmi olaraq marixuana satışına başlanıldı.Trend-in məlumatına görə, yeni qaydalar Yeni İl gecəsi qüvvəyə minib.Qaydalara əsasən, 21 yaşından yuxarı şəxslər 1 unsiya (28 qram) marixuana ala bilərlər.Marixuana satışının leqallaşdırılması barədə qərar 2016-cı ilin noyabr ayında Kaliforniyada keçirilmiş səsvermə zamanı qəbul edilib. Facebook-da paylaş