Yasamalda gənc oğlana 6 bıçaq zərbəsi vurulub

4-01-2018, 09:17           
Yasamalda gənc oğlana 6 bıçaq zərbəsi vurulub
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Süleymanov Fərid Rafiq oğlu Mətbuat prospektində "Tri Korona" kimi tanınan binanın qarşısında, hələlik ad və soyadı məlum olmayan şəxslə əlbəyaxa dava edib.

Bu zaman F. Süleymanovun boyun və bədən nahiyəsinə ümumilikdə 6 bıçaq zərbəsi vurulub. Yaralı taksi sürücüsünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru