Bakıda meyiti tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

4-01-2018, 19:22           

Bakıda meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.



APA-nın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayonun Ü.Hacıbəyov küçəsindəki yaşayış binalarının həyətində meyiti tapılan şəxsin, 1974-cü il təvəllüdlü Payevnin Dmitri Vladimiroviç olduğu müəyyən edilib.





***



13.10



Yanvarın 3-də Səbail rayonunun Üzeyir Hacıbəyov küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkarlanıb.



Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “SGR” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.



Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru