Bakıda qadını avtomobil vurdu

5-01-2018, 00:11           

Bakının Xətai rayonunda piyadanı avtomobil vurub.

teref.az apa-ya istinadən xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında, Süleyman Vəzirov küçəsində baş verib.

Paytaxt sakini, 48 yaşlı Həsənova Nəsibə Hacı qızı həmin yol qəzası nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona bədəninin küt travması, çanağının əzilməsi diaqnozları təyin edilib.

Müəyyən edilib ki, N.Həsənovanı avtomobillə vuran sürücü ərazidən uzaqlaşıb. Hazırda polis həmin sürücünün müəyyən edilməsi istiqamətində işlər görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru