Bacanaqlar qaynatanın hədiyyəsinə görə dalaşdı – Biri digərinin burnunu dişləyib qopardı – BAKIDA

8-01-2018, 08:26           
Bacanaqlar qaynatanın hədiyyəsinə görə dalaşdı – Biri digərinin burnunu dişləyib qopardı – BAKIDA
Bakıda qaynatanın hədiyyə etdiyi obyekt üstündə bacanaqlar arasında dava düşüb.

teref.az-nun “Report”a istinadən verdiyi məlumata görə, mübahisə zamanı bacanaq bacanağı bıçaqlayıb.

Belə ki, 1989-cu il təvəllüdlü Sumqayıt şəhər sakini Əbilov Anar Vidadi oğlu, Şıx qəsəbəsində obyektdə bacanağı tərəfindən bıçaqlanıb. Əlbəyaxa dava zamanı, daha sonra Anar Əbilovun burnu dişlənilərək qoparılıb.

Zərərçəkən dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirib, vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə obyekt üstündə düşən mübahisə səbəbindən baş verib. Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru