Mahaçqalada «Nizam» xeyriyyə fondunun başçısı oğurlanıb
13-01-2018, 00:02
«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Dağıstan Muxtar Respublikasının (DMR) paytaxtı Mahaçqala şəhərində ictimai-xeyriyyə fondunun başçısı yoxa çıxıb.
Bu barədə «Kavakaz.Realii» saytı xəbər verib.
Kazbek Abdurəşidovun qohumlarının bildirdiyinə görə, onu polislər oğurlayıb, naməlum istiqamətə aparıblar.