Dağıstanda qaz partlaması nəticəsində yaşayış evi uçub
20-02-2018, 09:08
Dağıstanın Xasavyurt rayonunda fərdi yaşayış evində partlayış baş verib.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, evdə məişət qazı partlayıb.
Hadisə zamanı xəsarət alanlar Xasavyurt şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Onların sayı və vəziyyətləri barədə hələ ki, məlumat verilmir. Partlayış nəticəsində evin tamamilə dağıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.