Abşeronda oğul anasını bıçaqlayıb - TƏFƏRRÜAT

1-03-2018, 08:50           
Abşeronda oğul anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Abşeron Gənclər Şəhərciyində anasını bıçaqlayan S.Zalov "VAZ-2107" markalı avtomobillə hadisə yerindən qaçıb.

"Report" xəbər verir ki, 17 yaşlı gənc hazırda polis tərəfindən axtarılır.

Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Qeyd edək ki, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalır...

17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib.

***00:25

Abşeronda oğulun anasını bıçaqlamasının təfərrüatı məlum olub.

"Report" xəbər verir ki, 17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib.

Qadının vəziyyəti ağırdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.