Sabunçuda yaşayış binasının 1-ci mərtəbəsində mağaza yanıb, sakinlər təxliyə olunub

11-03-2018, 11:14           
Sabunçuda yaşayış binasının 1-ci mərtəbəsində mağaza yanıb, sakinlər təxliyə olunub
Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m² olan mağazanın ümumi sahəsi 10 m² olan köməkçi otağının yanar konstruksiyaları yanıb.

Trend-ə FHN-dən verilən məlumata əsasən, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.


Hadisə zamanı xəsarət alan olmayı. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru