Cəlilabadda 33 yaşlı kişi intihar edib

11-03-2018, 19:11           
Cəlilabadda 33 yaşlı kişi intihar edib
Cəlilabadda intihar hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri, 28 May küçəsi, ev 25-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 33 yaşlı Məqsəd Ələddin oğlu Sadıqov naməlum səbəbdən yaşadığı evin həyətində özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.