Londondan Rusiyaya ŞOK HƏDƏ: Sualtı qayıq üzə çıxdı

17-03-2018, 13:31           
Londondan Rusiyaya ŞOK HƏDƏ: Sualtı qayıq üzə çıxdı
Böyük Britaniya ilə Rusiya arasında gərginliyin hökm sürdüyü bir vaxtda rəsmi Londondan Moskvaya qarşı daha bir həmlə gəlib.
Muxalifət.az xəbər verir ki, Böyük Britaniyaya məxsus “HMS Trechant” nüvə sualtı qayığı Şimal Buzlu okeanında buz təbəqəsini qıraraq su üzünə çıxıb.
Məlumata görə, Britaniyanın bu addımı keçmiş rus casusu Skripal və qızının İngiltərədə zəhərlənməsinin ardından başlayan gərginliyin davamı olaraq atılıb.
İngiltərə mətbuatında böyük həyəcana səbəb olan bu həmlə “Soyuq müharibə” və “Buzqıran” başlıqları ilə təqdim edilib.
Qeyd edək ki, Böyük Britaniyanın 23 rus diplomatını ölkədən qovacağını açıqlamasının ardından Rusiya da ingilis diplomatlarını deportasiya edəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru