Avtomobillərdən oğurluq edənlər saxlanılıb

17-03-2018, 14:12           
Avtomobillərdən oğurluq edənlər saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da şəhər sakinləri Hafiz Mansurovun mobil telefonunu və Akif Qurbanovun “VAZ-21013” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Mayıl Həsənov saxlanılmışdır.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, ətrafında aparılmış tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb və bu əməlləri birlikdə törətdiyi digər 2 nəfər də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə şəhər sakinləri Nicat Cəlilov və Möhsüm Tağıyev də saxlanılıblar.

Araşdırmalarla onların cari ilin fevral ayından mart ayının 12-dək olan müddətdə şəhər ərazisində 17 avtomobildən akkumulyator, maqnitofon və mobil telefon oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru