Neft yenidən bahalaşdı - Rekord

17-04-2015, 10:56           
Neft yenidən bahalaşdı - Rekord
Dünya bazarında neftin qiyməti 2015-ci il ərzində ilk dəfə 64 dolları ötüb.

Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, birjalarda “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2,97 faiz bahalaşaraq 64,70 dollara satılıb.

VTI (West Texas Intermediate) markalı neftin bir barrelinin qiyməti isə 0,69 faiz bahalaşaraq 56,78 dollar olub.

Qeyd edək ki, birjalarda neftin qiyməti ABŞ-ın Energetika İnformasiyası İdarəsinin (EIA) bəyanatına əsasən bahalaşır. İdarənin açıqladığı məlumatlara görə, ABŞ-da slans neftinin hasilatı ötən həftə gündəlik 20 min barrel azalaraq 9,4 milyon barrelə düşüb. İdarə slans neftinin hasilatının mayda daha da azalacağını bildirib. Bu isə birjalarda qiymətlərin kəskin şəkildə bahalaşmasına gətirib çıxaracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.