Dünyanın ən qüsursuz avtomobili – Bakıda da var

23-05-2018, 10:00           
Dünyanın ən qüsursuz avtomobili – Bakıda da var
Qlobal araşdırma şirkəti, avtomobil dünyasının ən çox
izlədiyi araşdırma nəticələrini yayımlaması ilə məşhurlaşan “J.D
Power” yeni bir keyfiyyət araşdırması edib.

Publika.az xəbər verir ki, şirkət bu
araşdırmada dünyanın ən qüsursuz avtomobilini müəyyən edib.

Nəticələrə görə, “Leksus” markasına aid olan avtomobillər
dünyanın ən mükəmməlləri olub.

Yaponiya firması “Toyota” tərəfindən istehsal edilən “Leksus”
son illərdə dünya miqyasında haqlı bir prestij əldə edib. Marka
dizayn, təhlükəsizlik və texnologiyaya ciddi üstünlük verir. Daima
ən yaxşısını hədəfləyən bir komanda ilə işləyən marka 36.186
avtomobilin içindən ən yaxşısı seçilib.

Araşdırma zamanı fərqli seqmentlərdən 224 modelin 177 fərqli
kateqoriyada müqayisəsi aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.