Bakıda ana və azyaşlı oğlu itkin düşüb 23-05-2018, 18:15 Bakıda ana və azyaşlı oğlu itkin düşüb. "Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Vüsalə Həsənova 7 yaşlı oğlu Adəmlə birlikdə evdən çıxıb və geri qayıtmayıb.Onların itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda ana ilə oğlunun axtarışları davam etdirilir. Facebook-da paylaş