Beynəlxalq koalisiya Suriya ordusunun mövqelərinə zərbələr endirib

24-05-2018, 08:42           
Beynəlxalq koalisiya Suriya ordusunun mövqelərinə zərbələr endirib
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya ordusunun mövqelərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

Hərbi mənbə agentliyə bildirib ki, ordunun Əl-Bukemal və Hmeyma əraziləri arasındakı bir neçə hərbi mövqeyi beynəlxalq koalisiyanın təyyarələrinin hücumuna məruz qalıb. Hücum İŞİD terrorçularının cəmləşdiyi vaxt baş verib.

Hücum zamanı ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Daha əvvəl xəbər verilmişdi ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Hezbullahın Suriyadakı mövqelərinə zərbə endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru