Moskvada 3 nəfər girov götürülüb – Ölən və yaralanan var

25-05-2018, 08:54           
Moskvada 3 nəfər girov götürülüb – Ölən və yaralanan var
Moskva şəhərinin şərqində 3 nəfər girov götürülən zaman onlardan biri həlak olub.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin mətbuat xidməti məlumat yayıb.

Cinayətkar saxlanılıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər iki girov – qadın və uşaq zərər çəkməyib. Girovların azad olunması üzrə əməliyyat polis və “Rosqvardiya” döyüşçüləri tərəfindən aparılıb.

İlkin məlumata görə, münaqişə məişət zəminində baş verib. Girov götürülən 3 nəfər girov götürənin eyni mənzili bölüşdüyü qonşuları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru