Rusiyada təyyarə qəzası baş verib, ölən var 27-05-2018, 08:29 Rusiyada yüngül mühərrikli "Bekas" təyyarəsi qəzaya uğrayıb."Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Ryazan vilayətində, Uxolovsk rayonunda qeydə alınıb.Məlumata görə, hadisə yerli vaxtla saat 20:40-da qeydə alınıb. Qəza zamanı təyyarənin pilotu həlak olub.Hadisə yerinə operativ istintaq qrupu cəlb edilib. Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır. Facebook-da paylaş