Melaniya Tramp niyə görünmür?

28-05-2018, 13:19           

Bir qədər əvvəl böyrək əməliyyatı olunan ABŞ-ın birinci xanımı Melaniya Tramp 15 gündür ortalıqda görünmür.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Donald Trampın “əməliyyat uğurlu keçdi” açıqlamasından sonra heç bir şəkildə görüntülənməyən Melaniyanın səhhətinin pis olduğu, hələ də sağalmadığı iddia olunur.

Bu yaxınlarda Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Donald Tramp “Melaniya yaxşıdır. Hətta indi bizə baxır” deyərək əli ilə pəncərəni göstərmişdi. Ancaq kameralar Ağ Evin heç bir pəncərəsində birinci xanımı lentə ala bilməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru