Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb

29-05-2018, 09:48           
Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə ötən gecə Hüseynbala Əliyev küçəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Əhmədov Rövşən Nuşirəvan oğlu evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Mübahisənin sonunda o, bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.