Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb 29-05-2018, 09:50 Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb."Report"un xəbərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.1996-cı il təvəllüdlü Cəbrayılov Nurlan Cəbrayıl oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Facebook-da paylaş