Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı ahıl kişi ağır xəsarət alıb.
"Report" xəbər verir ki, Bakıxanov küçəsində yolu keçmək istəyən 1948-ci il təvəllüdlü Abbasquliyev Vaqif Məmməd oğlunu avtomobil vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.