Gəncənin gecə klubunda kütləvi dava – Qan töküldü

29-05-2018, 12:40           
Gəncənin gecə klubunda kütləvi dava – Qan töküldü
Gəncə şəhərində gecə klubunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən şəhər sakinləri – Azər Mustafayev, Nicat Mustafayev, İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Dia.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il yanvarın 22-nə keçən gecə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən “X-Club” gecə klubunda kütləvi dava baş verib.

Hadisə nəticəsində Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Orxan Rzazadə, 1993-cü il təvəllüdlü Orxan Rüstəmov və 1994-cu il təvəllüdlü Orxan Məmmədov bıçaqlanıblar.

Bundan başqa, dava zamanı daha bir neçə nəfər xəsarət alıb. Bunlar Samir Hüseynov, Rövşən Orucov və Ceyhun İbrahimovdur. Sonuncu xəsarət alanlar gecə klubunun işçiləri və mühafizəçiləri olublar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru