Mingəçevirdə müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib

30-05-2018, 08:35           
Mingəçevirdə müştəri dərzinin başına qayçı ilə ağır xəsarət yetirib
Mingəçevir şəhərində mübahisə zəminində bir nəfər xəsarət alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, dərzi sexində işləyən 1987-ci il təvəllüdlü şəhər sakini Mahmudov İsmayıl Məmməd oğlu hazırda şəxsiyyəti məlum olmayan müştəri ilə mübahisə zəminində baş nahiyəsindən kəsici alətlə ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun baş nahiyəsinin ənsə hissəsində xeyli ölçüdə kəsilmiş-deşilmiş yaralar aşkar olunub. İlkin məlumata görə, İsmayıl Məmmədovun başına qayçı ilə xəsarət yetirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru