BakuPress.Az saytına haker hücumu məqsədli olub
30-05-2018, 13:49
Artıq bir həfətəyə yaxındır ki, oxucular saytda yaranan problemlərlə bağlı müraciət edirlər. Bunun səbəbi isə sayta olan haker hücumlardır. Müəyyən ardıcıllıqla BakuPress.az-a haker hücumları olur. Bir neçə gün bundan əvvəl baş verən hücumların qarşısı alınsa da, dünənki hücum əvvəlkilərdən daha intensiv və güclü olduğundan BakuPress.az-ın fəaliyyətində problemlər yaranıb.Hazırda bərpa üçün texniki işlər gedir.Araşdırmaya görə hücum İndonezyadan olub.BakuPress Milli İnformasiya Agentliyinin rəhbəri araşdırmaçı jurnalist Şəfəq Ağacan bildirib ki,bildirib, Daxili İşlər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi vəziyyəti nəzarətə götürməli, əlavə mühafizə tədbirlərinin görülməsinə başlmalıdır.. "Haker hücumu məqsədli xarakter daşıyıb”, - deyə o qeyd edib.
Xatırladaq ki, mayın 18-dən BakuPress.Az saytına haker hücumu olub. 29.05 2018-ci il tarixindən isə saytın işi rejimi pozulub.