Azərbaycan nefti bahalaşdı

2-06-2018, 01:44           
Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 79,46 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,87 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 78,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 31-də 75,3 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 31-də 76,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.