Bakıda 17 yaşlı qızı güllələyən oğlan onun nişanlısı deyilmiş?

4-06-2018, 13:41           
Bakıda 17 yaşlı qızı güllələyən oğlan onun nişanlısı deyilmiş?
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində 17 yaşlı Aytən Cəfərovanı güllələyən şəxs onun nişanlısı deyilmiş.

Medianın Elçin Qədimov kimi təqdim etdiyi şəxsin əsl adı Sabirdir, Elçin isə onun atasının adıdır.

Əldə etdiyimiz məlumata görə, Sabir Qədimovla A.Cəfərova nişanlı olmayıblar. Sadəcə, bir neçə gün öncə elçilik mərasimi baş tutub. Qonşuların dediyinə görə, hətta oğlan evi qız evinə üzük də aparmayıbmış.

Qeyd edək ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş vermiş hadisə nəticəsində 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ananı xilas etmək mümkün olsa da, 17 yaşlı A.Cəfərova həyatını itirib.

mənbə: olke.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.