Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.
TopXəbər.Az xəbər verir ki, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Azərbaycan Universitetinin rektorunun müşaviri olub, Binəqədi Rayon İcra Hakimiyyətində, daha sonra isə Bakı Nəqliyyat Agentliyində çalışıb.