Nişanlısını güllələyən Sabirə kömək edən şəxs kimdir? - Qızın anası ad açıqladı - VİDEO

4-06-2018, 20:39           
Nişanlısını güllələyən Sabirə kömək edən şəxs kimdir? - Qızın anası ad açıqladı - VİDEO
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda nişanlısı 17 yaşlı Aytən Cəfərova və onun anasını güllələyən şəxs həbs edilib.

BiG.AZ xəbər verir ki, Balaxanı qəsəbə sakini, 1997-cu il təvəllüdlü Sabir Qədimov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Cinayəti törədən Sabir Qədimovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.


55 yaşlı Esmira Cəfərovanın xəstəxanadan görüntüləri yayılıb. Qadın cinayəti törədən Sabirlə yanaşı bir ad da çəkib. O bildirib ki, Sabirin oradan qaçmasında Sahib adlı şəxs ona kömək edib:

"Eşitdim ki, Sahib adlı kimisə çağırdı, "Sahib, maşını işə sal, gedək" deyə qışqırdı. Qızıma "qaç" desəm də, balam çıxa bilmədi aradan".
[media=https://www.youtube.com/watch?v=kun5itJdhpI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru