Şəmkirdə faciə: 18 yaşlı oğlan suda boğuldu 4-06-2018, 23:51 Şəmkirdə 18 yaşlı oğlan suda boğulub.APA-nın verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Facebook-da paylaş