Kanadada turistləri daşıyan avtobus qəzaya uğrayıb: 24 yaralı

5-06-2018, 08:26           

Kanadanın Ontario ştatında turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Preskott şəhəri yaxınlığında baş verən qəza nəticəsində 24 nəfər xəsarət alıb. Avtobusda ümumilikdə 37 xarici turistolub.

Polislərin məlumatına əsasən, bütün xəsarət alanlar xəstəxanaya çatdırılıb, əz azı 4 nəfərin vəziyyəti ağırdır.

Avtomobil yolunun qəza baş verdiyi hissəsi bağlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.