Xırdalanda 21 yaşlı gənc qonşusu ilə dava zamanı bıçaqlanıb 5-06-2018, 08:39 Abşeron rayonunun Xırdalan şəhərində dava zamanı 21 yaşlı gənc bıçaqlanıb."Report"un xəbərinə görə, 1997-ci il təvəllüdlü Səfərov Ceyhun Yusif oğlu küçədə qonşusu ilə əlbəyaxa dava edib.Dava zamanı o bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.İnsidentlə bağlı bir nəfər saxlanılıb. Facebook-da paylaş