ABŞ İranı uranı zənginləşdirməməyə çağırıb

6-06-2018, 08:39           
ABŞ İranı uranı zənginləşdirməməyə çağırıb
Birləşmiş Ştatlar İranı uranın zənginləşdirilməsini dayandırmağa və plutonium emalı ilə məşğul olmamağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert jurnalistlər üçün müntəzəm brifinq zamanı deyib.

"Biz bu barədə məlumatı görmüşük... İran uranın zənginləşdirilməsini dayandırmalıdır və plutonium emalı ilə məşğul olmamalıdır. İranın nüvə silahı yaratmaq imkanları olmamalıdır", - deyə Noyert bildirib.

Diplomat qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (International Atomic Energy Agency — IAEA) İran tərəfindən belə bir hal olacağı təqdirdə, bu barədə BMT-yə məlumat verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru