Zəlzələdə 63 yaşlı kişinin ölüm səbəbi: - “Pilləkəndən yıxılıb, başı daşa dəyib”
6-06-2018, 11:44
Zaqatalada zəlzələ nəticəsində dünyasını dəyişən 63 yaşlı kişinin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Rayonun Göyəm kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı yaşadığı mənzilin ikinci mərtəbəsindən düşürmüş.
"Həmin anda zəlzələ baş verib. Kişi baxıb ki, pilləkənlər ayağının altında o tərəf-bu tərəfə gedir. Soltan Qandaxov elə oradaca yıxılaraq başı daşa dəyib. Təcili yardım çağırsalar da onun həyatını xilas etmək mümkin olmayıb. Həkimlər onun həmin anda infakt keçirdiyini deyiblər”, deyə kənd sakinləri bildiriblər.
Qeyd edək ki, iyunun 5-də axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ baş verib. Nəticədə bir nəfər dünyasını dəyişib, bir neçə nəfər yaralanıb. Bundan əlavə bir sıra evlərə ziyan dəyib.