Tanınmış vəkil xuliqanlıqda ittiham olunur

6-06-2018, 18:56           
Tanınmış vəkil xuliqanlıqda ittiham olunur
Tanınmış vəkil Aslan İsmayılov xuliqanlıqda ittiham olunur.
“Ölkə.Az”ın məlumatına görə, iyun ayının 14-də Binəqədi Rayon Məhkəməsində İsmayılov Aslan Ziyəddin oğlu barəsində cinayət məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət işinin hazırlıq iclası keçiriləcək. Vəkilin cinayət işinə hakim Mirheydər Zeynalov sədrlik edəcək.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tanınıb.

Xatırladaq ki, yanvar ayında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Səbail Rayon Məhkəməsində hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.