İyunun 6-da Gürcüstan ərazisində daha iki dəfə zəlzələ baş verib.
AZƏRTAC bu ölkənin Milli Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, saat 17:07-də Gürcüstanın Ermənistanla sərhədində zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 4,3 bal gücündə olub.
Məlumata görə, səhər saatlarında da həmin ərazilərdə 3,9 bal gücündə zəlzələ qeydə alınıb.