Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 99-a çatıb

7-06-2018, 08:09           

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.



APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi yerli hökumət rəsmilərinə istinadən xəbər verib.



Bundan əvvəl təbii fəlakət nəticəsində 82 nəfərin öldüyü, azı 192 nəfərin isə itkin düşdüyü bildirilirdi.



Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan olunub.



***



22:49



Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.



Məlumata əsasən, bu gün təbii fəlakət zamanı həyatını itirən daha 6 nəfərin meyiti aşkarlanıb, daha bir nəfər xəstəxanada keçinib.



Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Ölkədə üç günlük matəm elan olunub.



Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru