Hacıqabulda bıçaqlanan şəxs xəstəxanada ölüb

7-06-2018, 08:11           
Hacıqabulda bıçaqlanan şəxs xəstəxanada ölüb
Hacıqabulda 10 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.



APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Zeynalov Mansur Həsən oğlu mayın 27-də bıçaq xəsarəti ilə Hacıqabul rayon xəstəxanasına yerləşdirlib. Bu gün səhər saatlarında yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Ölən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib. Qətlin təfərrüatları dəqiqləşdirilir.



Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru