Qəza zamanı “Ford” markalı yük avtomobili işıq dirəyinə dəyib Paytaxtda metronun “Əhmədli” stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı “Ford” markalı yük avtomobili işıq dirəyinə dəyib, daha sonra marketə çırpılıb.
Hadisə nəticəsində işıq dirəyi sınıb, avtomobil və mağazaya ziyan dəyib.