G7 ölkələrinin liderləri birgə foto çəkdiriblər

9-06-2018, 08:10           
G7 ölkələrinin liderləri birgə foto çəkdiriblər
Kanadaya, G7 ölkələrinin sammitində iştirak etməyə gələn "Böyük yeddilər"in liderləri ənənəvi qrup fotosu çəkdiriblər.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

"ABŞ prezidenti Donald Tramp və digər dünya liderləri G7 sammitində qrup fotosu çəkdirmək üçün toplanıblar", - deyə telekanal bildirib.

Qeyd edilir ki, foto çəkilişi zamanı mərkəzdə sammiti keçirən Kanadanın baş naziri Castin Tryudo dayanıb. Daha əvvəl məlum olub ki, Donald Tramp G7 sammitini tədbirin birinci hissəsində - iyunun 9-da, sammit başa çatana qədər tərk edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru