Kürdəmirdə maşının aşması nəticəsində yaralanan 5 nəfərin şəxsiyyəti məlum olub - VİDEO

10-06-2018, 11:12           
Kürdəmirdə maşının aşması nəticəsində yaralanan 5 nəfərin şəxsiyyəti məlum olub - VİDEO
Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan 5 nəfərin şəxsiyyəti məlum olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, bunlar Qaradağ rayonundan olan 1983-cü il təvəllüdlü sürücü Əliyev Faiq Tofiq oğlu, sərnişinlər - 1957-ci il təvəllüdlü Qaradağ royon sakini Əliyev Tofiq Mənsim oğlu, 1953-cü il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu,1959-cu il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğludur.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru