Leysan yağış Tovuzda taxıl sahələrinə ciddi ziyan vurub, rayon mərkəzinə elektrik verilişi dayanıb

10-06-2018, 11:13           

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.



APA-nın Qərb bürosunun məlumatına görə, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.



Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.



Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.