Qadının bankomat kartını oğurladı, pulları çıxardı, ancaq...

10-06-2018, 22:22           

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırmalarla onun Yevlax rayon sakini Murad Allahverdiyev olduğu, bankomat kartını işlədikləri obyektdə qadınının çantasından gizli götürüb həmin məbləği çıxardıqdan sonra şübhə doğurmamaq üçün yenidən yerinə qaytardığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru