Namibiya sahillərində naməlum heyvanın cəsədi tapılıb

11-06-2018, 08:11           
Namibiya sahillərində naməlum heyvanın cəsədi tapılıb
Namibiya sahillərində naməlum dəniz heyvanının cəsədi tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Moya Planeta" məlumat yayıb.

Qeyd edilir ki, 6 metrlik dəniz heyvanının cəsədi artıq çürüməyə məruz qalıb. Bu səbəbdən mütəxəssislər onun hansı növə aid olduğunu müəyyənləşdirə bilmirlər.

Heyvanın cəsədinin ölçüsündən və başının formasının analizindən sonra mütəxəssislər bu qənaətə gəliblər ki, bu, 2000-ci ildən Namibiyada rast gəlinməyən dəniz məməliləri növündən olan heyvandır.

Məməlilər üzrə mütəxəssis Simon Elven təəccübləndiyini deyib: "Mən çox təəccübləndim. Bu heyvanları nəinki quruda, heç suda da görmək mümkün deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru