ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

11-06-2018, 08:14           
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
ABŞ-da bir mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə TASS "NBC"ə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Viskonsin ştatında baş verib. Çikaqodan Monro dairəsindəki bələdiyyə aeroportuna uçan "Cessna 182" təyyarəsi naməlum səbəblərdən aeroportun şimalında yerə düşüb və yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürməyə müvəffəq olublar. Qəza nəticəsində heyət üzvü də daxil olmaqla, təyyarədəki 4 nəfərin hamısı həlak olub.

ABŞ-ın Federal Aviasiya İdarəsi qəza ilə bağlı təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru