Bakıda 3 yaşlı uşaq beşinci mərtəbədən yerə yıxılıb.
"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Əli Vəliyev küçəsində 2015-ci il təvəllüdlü Əsgərov Pərviz Pərvin oğlu ehtiyyatsızlıqdan yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib.