Polisdən xüsusi əməliyyat: Girovlar azad edildi

13-06-2018, 00:07           

Fransanın paytaxtı Parisin 10-cu dairəsində naməlum şəxs iki nəfəri girov götürüb.

Axar.az “Frans İnfo”ya istinadən xəbər verir ki, əraziyə xüsusi təyinatlı polis qüvvələri cəlb edilib və girovların xilas edilməsi üçün əməliyyat başladılıb.

Naməlum şəxsin insanları hansı səbəbdən girov götürməsi bəlli deyil.

Girovlardan birinin hamilə qadın olduğu da deyilir.

Cinayətkarın İranın Fransadakı səfiri ilə görüşmək tələbi irəli sürdüyü bildirilir.

***

Polisin xüsusi əməliyyatı nəticəsində insanlar girovluqdan azad edilib və cinayətkar yaxalanıb.

Bu barədə Fransanın Daxili İşlər naziri Jerar Kollon məlumat yayıb.

“Paris, 10-cu dairə: Kişi yaxalandı, girovlar təhlükəsizlikdədir. Polisin və xilasedicilərin peşəkarlığını və sürətini alqışlayıram”, - deyə bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.